01-06-2018 [11:31]
Deputat Elmir Axundovanın biznesmen oğlu Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmə işi üzrə ifadələr verilib. Bu iş üzrə təqsirləndirilən Elnur İbrahimov özünü təqsirli bilməyib və H.Axundovla biznes münasibətlərinə aydınlıq gətirib.
O qeyd edib ki, xaricdən Azərbaycanda ofis ləvazimatları gətirib satmaqla məşğul olub. Bu iş üçün tanışlarından pul alıb və əvəzində onlara qazanc verib. Yekunda bu zəncirin bir ucu Həbib Axundova çıxıb, Axundov isə öz tanışları Fərman Məmmədov və Nazir Mirzəyevi də bu işə qoşub.
E.İbrahimov deyib ki, H.Axundovdan ilk olaraq 5 min alıb və elə həmin gün də 5500 qaytarıb: "Sonra 10 min alıb, 11 500, 25 min alıb 30 min, 90 min alıb 99 min qaytardım. Bundan sonra da həftəsinə 12 min qazanc vermək şərti ilə bir neçə dəfə 90 min aldım. Axırda işlər yaxşı getmədi, pulları qaytara bilmədim. Həbib pulları tələb etdi, hesabladıq 535 min borcum olduğunu dedi. Onun tanışları Orxan və Zarinadan aldığım pulları da Həbin ona verməyimi istədi, bunlarla birgə 735 min borcum oldu. Həbib məndən tələb etdi ki, bu məbləğdə borc müqaviləsinə qol çəkim. Mən isə onlara qazanc verdiyimi deyib güzəşt vermələrini istədim. Fərman 125 min qazanc götürdüyünü deyib 450 min borcum qaldığını bildirdi. Həbib də məcburən o pulu Fərmana ödədi”.
Zərərçəkmiş Fərman Məmmədov isə ifadəsindı pulları Həbib Axundovdan tələb etdiyini deyib: "Həbib demişdi ki, gömrükdə müsadirə olunan malların satışını təşkil edəcəklər. Həm də anası Elmira Axundovanın parlamentin, məhkəmə sisteminin və digər dövlət qurumlarının dəftərxana ləvazimatları ilə bağlı tenderləri udduğunu dedu. Həbib dedi buna görə mal çatdıra bilmirlər və məndən borca pul istədi. İlk dəfə 10 min verib 11 min aldım, ümumi olaraq 435 min pul verdim. Amma həmin pulların Elnura verildiyindən xəbərim olmayıb. 2013-cü ildə pulumu istəyəndə Həbib dedi ki, Elnur ələ keçirib. Həmin gün Həbib zəng edib dedi ki, uşaqlar Elnuru tutub Şüvəlandakı bağ evlərinə aparıblar. Mənim də ora gəlməyimi istədi. Orada Elnur pul aldığını etiraf etdi, bir gün sonra Elmira Axundova mənə zəng edib digər şəxslərlə də razılığıa gəldiklərini dedi. 20 gün sonra Həbib məni evlərinə çağırdı, Elmira Axundova orada mənə 200 min verdi. Qalan pulu da yaxın günlərdə verəcəyini bildirdi. Bir dəfə də Elmira Axunova məni çağırıb 50 min verdi, daha sonra Həbib qalan 200 mini qaytarmaqdan imtina etdi. Mən indi həmin pulu Həbib Axundovdan tələb edirəm”.
Həbib Axundov isə ifadəsində Elnur İbrahimovun "piramida” quraraq onu və digər şəxsləri aldatdığını deyib: "Fərman Məmmədovdan alınan pula görə zamin durmuşdum, sonra məcburən bankdan 200 min kredit götürüb Fərmana verdim. Sonra da 50 min verdim. Özüm də iş görmək üçün Elnura pul vermişdim”.
Qeyd edək ki, hazırda bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir, Elnur İbrahimov həbs edilib, Həbib Axundov isə zərərçəkmiş kimi tanınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi