DSX və DTX-dan əməliyyat: Əcnəbi tələbələr sərhəddə saxlanıldı + FOTOLAR

img

01-06-2018 [10:52]


Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-nın mətbuat mərkəzindən mia.az-a verilən məlumata görə, hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv­lət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­vasının xid­məti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında "pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azər­baycan Respublikası ərazisindən İran İslam Respublikası istiqa­mə­tində hərəkət etmələri aşkar oluub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zasta­va­sına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd "Samsung” markalı, 3 ədəd "Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olun­ub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl­lüdlü Hos­sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Uni­versi­tetinin tələbələri olmaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA