Prezident onu rektor təyin etdi - Ceyhun Məmmədov kimdir? + FOTO

img

31-05-2018 [20:19]


Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub.
 
Mia.az-ın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

1975-ci il təvəllüdlü Ceyhun Məmmədov Xəzər Universitetində təhsil alıb. O, ilahiyyat üzrə fəlsəfə doktorudur. 14 kitabı çap olunan C. Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur.

Yeni rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu institutda böyük elmi işçi olaraq fəaliyyət göstərib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA