Deputat "Yemək yemək istəyən şəxslər var" dedi... - Vitse-spiker "Gedib yeyə bilərsiniz" cavabını verdi

img

31-05-2018 [14:22]


Deputat Elmira Axundova Milli Məclisin iclasının fasiləsiz keçirilməsinə etirazını bildirib.

Deputat qeyd edib ki, son iclasın fasiləsiz işləməsi düzgün deyil:

"Hələ gündəlikdə 20 qanunun müzakirəsi durur. Çox ciddi məsələlər var. Mən də öz münasibətimi bildirmək istəyirəm. Burada şəkər, diabet xəstələri, yemək yemək istəyən şəxslər var. Ona görə də iclasda fasilə verilməli idi”.

Birinci vistse-spiker Ziyafət Əsgərov isə deputata cavab verib ki, sədr Oqtay Əsədov iclasın fasiləsiz işləməsi ilə bağlı deputatlardan rəy öyrənib: "Onlar da bu məsələyə müsbət yanaşdılar. Əgər siz yemək yemək istəyirsinizsə buyurub gedib yemək yeyə bilərsiniz. Burada heç bir problem yoxdur”.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA