Leyla Əliyeva dövlət rəsmiləri ilə birgə qubernatorla görüşdü - Foto

img

31-05-2018 [12:52]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb.

Mia.az APA-ya istinadən xəbər verir ki, Həştərxan vilayət administrasiyasında keçirilən görüşdə Azərbaycan və RF-nin Həştərxan vilayəti arasında əməkdaşlıq müzakirə olunub.

Görüşdə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən "Azərbaycan İş Mərkəzi"nin açılışı olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA