"Qaçqınkom"da mühüm dəyişiklik - Komitə sədri yeni aparat rəhbəri təyin etdi + DOSYE/FOTO

img

31-05-2018 [12:28]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

Etibar Abdullayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Aparat rəhbəri vəzifəsinə təyin edilib.

İndiyədək bu vəzifədə Məhərrəmov Məhəmməd Yusif oğlu çalışıb.

E.Abdullayev 1969-cu ildə Şuşa şəhərində anadan olub. Orta təhsilini Şuşa şəhərində 2 saylı orta məktəbdə alıb. Azərbaycan İqtisad Universitetinin İqtisadi və sosial idarəetmə fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1991-ci ildən başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daimi Yaşayış Yerlərini Məcburi Tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsində, daha sonra Nazirlər Kabinetində müxtəlif məsul vəzifələrdə çalışıb.

1998-ci ildən Azərbaycan Respublikası Milli Məclis Aparatında müxtəlif vəzifələrdə dövlət qulluğunda olub. Dövlət qulluğunun baş müşaviridir. 2006-cı ildən 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA