Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat - Sədr əmr verdi

img

31-05-2018 [11:23]


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Mia.az xəbər verir ki, Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən APA-ya bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.

Q. Əbdüləliyev bundan əvvəl Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən müxtəlif layihələrdə baytarlıq mütəxəssisi və koordinatoru, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına elmi Nəzarət İnstitutunun direktoru, son olaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA