Məşhur hakim vəzifəsindən getdi

img

30-05-2018 [11:56]


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Tamila Nəsrullayeva təqaüdə göndərilib.

Mia.az report-a istinadən xəbər verir ki, 65 yaşlı hakim bu gün icraatında olan sonuncu cinayət işinə baxıb.

1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 - 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 - 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007 - 2011) hakimi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA