"Analar qızlarını zorakılıqdan qorumaq istəyirsə..." - Komitə sədri

img

30-05-2018 [11:54]


"Əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər".

Mia.az xəbər verir ki, bunu Ailə, Qadın­ və Uşaq Problemləri ­üzrə Dövlət Komitəsin­in sədri Hicran Hüsey­nova Qadınların V For­umunda çıxışı zamanı ­deyib.

O bildirib ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlər görülsə də, bu məsələ hələ dövləti narahat edir: 
"Bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçün məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Məlumat bankı yerlərdə Monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasını təmin edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA