Energetika Nazirliyi ilə “Tekfen İnşaat” arasında anlaşma memorandumu imzalandı - Görüş + FOTO

img

29-05-2018 [19:15]


 Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin "Tekfen İnşaat" şirkəti arasında alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə tərəfindən isə "Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslı imzalayıb. 

Memorandum ölkədə bərpa olunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.

Qeyd edək ki, dünyanın 20-dək ölkəsində 350-dən çox layihə həyata keçirmiş "Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət indiyədək Azərbaycanın neft-qaz sektorunun bir sıra mühüm layihələrinin həyata keçirilməsində uğurla təmsil olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA