Nazir müavininə yeni vəzifə verildi - KTN-də növbəti dəyişikliklər + SİYAHI

img

29-05-2018 [18:00]


 Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, indiyə qədər MŞ-yə sədrlik edən kənd təsərrüfatı nazirinin  müavini Seyfəddin Talıbovu digər nazir müavini İlham Quliyev əvəz edib.

Bundan başqa, MŞ-da İqtisadiyyat Nazirliyini təmsil edən Yalçın Əzizov Rəşad Dayıyevlə, Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) təmsil edən Əşrəf Quliyev isə Zülfüqar Mansurovla əvəzlənib. KTN-in nümayəndəsi Faiq Bayramov və Maliyyə Nazirliyinin nümayəndəsi Firdovsi Xəlilov isə rəhbərlikdə saxlanılıb.

"Aqrolizinq”in İH-də də dəyişikliklər baş verib. İH üzvlərinin sayı 5-dən 7-yə çatdırılıb. 

Yeni üzvlər KTN-dən Mahmud Abdullayev və Arzu Hüseynovdur. Bununla yanaşı, Seymur Mövlayev (sədr), Aydın Əzizov (sədr müavini), İsrafil İsmayılov (KTN-in nümayəndəsi), Valeh Musayev (İqtisadiyyat Nazirliyinin nümayəndəsi) və Rüfət Kərimov (ƏMDK-nın nümayəndəsi) də əvvəlki qaydada İH-də təmsil olunurlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA