5 gün iş olmayacaq - Nazirlər Kabineti açıqladı

img

29-05-2018 [14:22]


Ramazan bayramında 5 gün qeyri-iş günü olacaq.

Mia.az xəbər verir ki, bu sözləri axar.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb:

"Bayram, əslində, iki gündür - 15 və 16 iyun. Ayın 15-i həm də Milli Qurtuluş günüdür. İki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə iki (18, 19 iyun) gün də qeyri-iş günü olacaq. Yəni 15, 16, 17, 18, 19-u qeyri-iş günü hesab olunur. İyunun 20-dən etibarən iş başlayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA