DİM qəbul imtahanlarında 500-700 bal toplayan abituriyentlərin sayını açıqlayıb

img

29-05-2018 [11:56]


Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında 6754 (9.881%) abituriyent 500-700 arası bal toplayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib.

Yaz qəbul imtahanlarında ümumilikdə 68 356 nəfər abituriyent iştirak edib.

Qeyd olunub ki, I qrup üzrə 1916 (6.973%), II qrup üzrə 1328 (7.824%), III qrup üzrə 2145 (11.335%) və IV qrup üzrə 1365 (27.404%) nəfər abituriyent 500 - 700 arası bal toplayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA