Azərbaycanda müəllimlər 5 ildən bir sertifikasiyadan keçiriləcək

img

29-05-2018 [11:55]


"Təhsil haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.

Təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.

Qeyd edək ki, qanunvericiliyə təklif edilən yeni əlavə və dəyişikliyə görə Azərbaycanda müəllimlər sertifikasiyadan keçiriləcək.

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA