Bakı-Quba-Rusiya yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

img

29-05-2018 [11:32]


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, yolda hərəkət iş aparılan bir zolaq üzrə digər hərəkət zolaqları açıq olmaq şərti ilə hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA