Prezident ilham Əliyev Bakıda kommunal xidmət göstərəcək nəqliyyat növlərinə baxız keçirib

img

20-10-2010 [12:18]


Respublikada kommunal nəqliyyat xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına paytaxta kommunal xidmət göstərəcək müxtəlif nəqliyyat növləri gətirilib. Bu gün prezident İlham Əliyev yeni nəqliyyat növlərinə baxış keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni texnikalar barədə prezidentə məlumat verib. Bildirilib ki, paytaxtda və eləcə də bölgələrdə kommunal nəqliyyat xidmətinin təkmilləşdirilməsi məqsədilə ölkəyə 8 növdə 265 müxtəlif texnika gətirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı avtomobillərin texniki göstəriciləri və imkanları barədə danışıb. Qeyd olunub ki, yeni avtomobillərin 67-si ?KamAZ-43253? şassisi üzərində ?KO-515A? markalı vakuum avtomobili, 36-sı ?4K? markalı zibildaşıyan avtomobil, 22-si ?D-06? markalı sudaşıyan və yolyuyan avtomobil, 17-si yükünü özüboşaldan ?KamAZ? avtomobilidir. Dövlət başçısı Gəncə avtomobil zavodunun istehsalı olan texnikalara da baxıb. Bildirilib ki, bu texnikadan paytaxta 67 ədəd gətirilib. Özüsüpürən və yükləyən funksiyası olan bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir. Bundan əlavə, gətirilmiş 24 zibildaşıyan və 11 yükünü özüboşaldan avtomobillər də müasir texniki imkanları ilə fərqlənir. Paytaxta, həmçinin Fransadan ?İmprotex Trusks Buses? MMC-yə məxsus çoxfunksiyalı 21 teleskopik yükləyicinin də gətirildiyi bildirilib. Yeni texnikalarla yanaşı, ölkəyə bu texnikaların ehtiyat hissələrinin də gətirildiyi qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA