AXCP-Müsavat siyasi partiyalar blokunun emblemi təsdiq edilib

img

19-10-2010 [04:51]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, əvvəlcə AXCP-Müsavat siyasi partiyalar blokunun emblemi təsdiq edilib. Sonra iclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən 2-si təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş, digər müraciətlər isə əsassız olduğundan təmin edilməyib. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA