Səfər Mehdiyev Tovuzda vətəndaşlarla görüşəcək

img

25-05-2018 [10:38]


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 29-da saat 11:00-da Tovuz şəhərində Tovuz Gömrük İdarəsinin inzibati binasında (Mərdan Musayev küç. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 28-i saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-30-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA