AXC parlamentində asılan dövlət bayrağı Novruz Məmmədova təqdim olunub

img

24-05-2018 [13:35]


Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağı Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

Mia.az-ın "AzərTAC"-a istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA