Ombudsman ATƏT-in müzahidə missiyasının sədri ilə görüzüb

img

19-10-2010 [02:39]


İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkisinin müşahidə missiyasının sədri Odri Qlover ilə parlament seçkisi ərəfəsində insan hüquqlarına riayət olunması məsələlərini müzakirə edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Görüş zamanı Ombudsman parlament seçkisi ərəfəsində fəaliyyəti, seçki kampaniyasının keçirilməsi, seçki hüququnun prioriteti, səsverənin şəffalığının təmin edilməsi üçün informasiya texnologiyaları barədə məlumat verib. O hər seçkidə olduğu kimi, Ombudsman və Aparatın əməkdaşlarının bu seçki prosesində də müşahidəçi qismində iştirak edəcəklərini və artıq MSK-da qeydiyyatdan keçdiklərini vurğulayıb. O.Qlover Ombudsmanın bu sahədə fəaliyyətini müsbət qiymətləndirib. Müvəkkil qonağı maraqlandıran sualları ətraflı cavablandırıb, səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA