Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlı olacaq

img

23-05-2018 [15:17]


Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması 24 may axşam saatlarınadək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA