Azərbaycanda beynəlxalq inzaat sərgisi keçiriləcək

img

19-10-2010 [02:29]


Oktyabrın 20-də ?Bakı Expo Mərkəzi?ndə XVI Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (BakuBuild-2010) işə başlayacaq. Britaniyanın ?ITE Group? və onun Qafqazdakı tərəfdaşı olan ?Iteca Caspian? şirkətləri tərəfindən təşkli olunan sərgiyə Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Memarlar İttifaqı dəstək verir. Sərgidə 25 ölkədən 260 şirkət iştirak edəcək. Bura Azərbaycan, Yunanıstan, Polşa, Rusiya, Türkiyə, İran, Ukrayna və s. aiddir. İlk dəfə olaraq sərgiyə Portuqaliya və Latviya şirkətləri də qatılacaq. Bu ilki sərgidə həm sərgi sahəsi, həm də iştirakçıların sayı, ötənilki tədbirdən 20% artıqdır. Oktyabrın 20-23-də keçiriləcək sərgiyə 10 mindən artıq ziyarətçinin gəlməsi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA