"Onların bütün nəticələri ləğv olunacaq" - Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq etdi

img

22-05-2018 [16:40]


"Təəssüflər olsun ki, bəzi abituriyentlər ikinci, yəni yay imtahanına qanun-qaydanı pozmaq üçün gəlirlər”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yay imtahanında hansısa qayda pozuntusuna yol verən abituriyentlərin ilk imtahanda əldə etdikləri nəticələri də ləğv olunacaq: 

"İstər yaz, istərsə də yay imtahanında qaydaları pozan abituriyentlərin bütün nəticələri ləğv olunacaq və onların bu il üzrə heç bir imtahan nəticələri olmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA