Azərbaycan prezidenti Niderlandın baz nazirinə məktub göndərib

img

18-10-2010 [09:22]


Prezident İlham Əliyev Niderland Krallığının baş naziri Mark Ryutteni vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib. "Hörmətli cənab baş nazir, Niderland Krallığının baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm",- deyə prezidentin təbrik məktubunda qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA