"Stimul Hospital”da şok hadisə - Qadın plastik əməliyyatın qurbanı oldu

img

21-05-2018 [10:54]


Bakıda xəstə əməliyyat masasında vəfat edib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən, o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan açıqlamasında məlumatı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA