DİM imtahan keçirdi

img

19-05-2018 [17:28]


Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL və SAT imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

TOEFL imtahanında 1 xarici vətəndaş olmaqla 8 nəfər, SAT imtahanında isə 41 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL və SAT (Subject) imtahanlarının 2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA