Abituriyentləri imtahan həyacanından necə qorumaq olar - PSİXOLOQ MƏSLƏHƏTİ

img

19-05-2018 [17:04]


"Azərbaycanda abituriyentlər üçünali məktəblərəfənn hazırlığı ön sırada dayanır, psixoloji hazırlığa isədiqqət yetirilmir".

Bunu "Report"a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

O bildirib ki, Azərbaycanda ali məktəbəhazırlaşmaq lazımdır deyəndə, yalnız fənn hazırlığı nəzərdə tutulur: "Valideynlər fikirləşirlər ki, övladlarının ən yaxşı müəllim (repetitor) yanına getmələri universitetə daxil olmaqüçün kifayət edir. Təcrübə isə onu göstərir ki,zaman keçdikcə bu yanaşmavalideyn vəövlad arasında problemlərin yaranmasına səbəb olur".

E.Rüstəmov qeyd edib ki, ölkədə repetitor yanınagetmədən yüksək balla ali məktəbə qəbul olan abituriyentlərda az deyil: "Bu aspektdən valideynlər fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlığa da diqqət ayırmalıdırlar. Söhbət hər həftə psixoloqa müraciət etməkdən getmir. 1992-ci ildən bu yana universitetlərə keçid balları artmır. Doğurdanmı abituriyentlərin savad dərəcəsi aşağıdır?! Əksinə, onlar bütün testləri edə bilirlər. Sadəcə, psixoloji məqamlardan dolayı abituriyentlər qəbul imtahanlarında aşağı nəticə göstərirlər. Tədris kurslarında, eləcə də repetitorlar və valideynlər psixoloji hazırlığa diqqət etmirlər. Valideynlər övladlarını psixoloq yanınaimtahana ya 1-2 gün, ya da maksimum bir həftə qalanda gətirirlər. Halbuki bu psixoloji hazırlıq imtahana bir-iki ay qalmış başlamalıdır. Bunu etməkəvəzinə valideynlər övladlarını pirlərə aparmağa üstünlük verirlər. Amma abituriyenti pirlərə aparmaqdansa, psixoloq yanına aparmaq məsləhətdir".

Onun fikrincə, abituriyentlər imtahan binası ilə əvvəldən tanış olmalıdır: "Bəzi abituriyentlər hazırlıq üçünmüəllim yanına gedirlər, müəllimi də onların proqramı mənimsəməsindən razı qalır, ammaimtahandazəif nəticə göstərirlər. Burada imtahan verilən yerin də təsiri olur.Çünki insanın ilk dəfə olduğu yerə öyrəşməkdə çətinlik çəkir".

Psixoloq abituriyentlərə məsləhətlərini də verib: "Abituriyentlər mütləq dərs deyən müəllimlərin, əziyyəti olan insanların xeyir-duasını almalıdırlar. İmtahana bir gün qalmış axşam gəzintisinə çıxmaq, yuxuya xeyli vaxt ayırmaq,lazımi qədər yatmaq lazımdır. Valideynlərövladları ilə mənəvi mövzulardan danışmalıdır, bu da onları motivasiya edə bilər. Abituriyentlər imtahandaonlara verilən3 saatın hər bir saatından sonra2-3 dəqiqəlik fasilə verə bilərlər. İmtahanda sona qədəroturmaq lazımdır, yəni abituriyentlər zalı teztərk etməyə çalışmasınlar. İmtahansuallarını sona kimi və diqqətlə oxumaq məsləhətdir. Əksər hallarda abituriyentlərin mexaniki səhvlərinin səbəbi məhz sualları diqqətsiz və sona qədər oxumamaqları ilə bağlıolur. Bilmədikləri sualları cavablandırmasınlar".

Qeyd edək ki, mayın 20-də2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA