KTN-nin mütəxəssisləri Zərdab və Ağcəbədidə pambıq istehsalçıları və fermerlər üçün təlimlər keçiblər - FOTO

img

19-05-2018 [13:28]


Kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı mütəmadi olaraq bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən fermerlərin iştirakı ilə müşavirə, seminar və təlim kursları keçirilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a daxil olan məlumata görə, bununla əlaqədar tərtib olunmuş qrafik üzrə Aparatın Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağiyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin dosenti Xaliq Xəlilov, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və "Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət mütəxəssis qrupu Zərdab və Ağcəbədi rayonlarında pambıq istehsalçıları və fermerlər üçün təlimlər keçiblər.

Təlimdə pambıq istehsalçılarına nəzərdə tutulan tədbirlər çərçivəsində pambıq bitkisinin vegetasiyası müddətində aqrotexniki tədbirlərin düzgün təşkil edilməsi, əkin sahələrində gübrələmə, suvarma, kultivasiya, texnikadan düzgün və səmərəli istifadə, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki qaydalara riayət edilməklə becərilmənin aparılması, yığımın təşkili və s. istiqamətdə vacib marifləndirmə işləri aparılıb.

Təlimdə həmçinin, yerli mexanizatorlara kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməsi qaydaları tarla şəraitində əyani şəkildə göstərilib, fermerlərin sualları ətraflı şəkildə cavablandırılaraq mövzu ətrafında diskussiyalar aparılıb.

Bununla yanaşı Zərdab rayonunda da barama istehsalı ilə məşğul olan vətəndaşlarla görüş təşkil edilib, baramaçılığın inkişafı ilə əlaqədar onlara müvafiq tövsiyələr verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA