"Qaçqınkom" sədri daha bir məmuru işdən çıxartdı - Yerinə təyinat

img

18-05-2018 [15:45]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") daha bir şöbə müdiri işdən çıxarılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, "Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA