Azərbaycanda azyaşlı uşaqlar xəstəxanalıq oldu - Vəziyyətləri ağırdır

img

18-05-2018 [11:48]


Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Lənkəran rayonunun Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara Favizm (qanın parçalanması) diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA