Nazirlik 2000 ədəd pirat DVD-nin məhv edilməsi haqda məcburi göstəriz verib

img

18-10-2010 [12:42]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan Anar Qardaşov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, Dövlət Xidmətində işə baxılmış və ?Haqsız rəqabət haqqında? Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, Anar Qardaşova 1,7 min manat maliyyə sanksiyası tətbiq edilmiş, piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilmiş 2000 ədəd DVD-nin məhv edilməsi barədə icrası məcburi göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA