Yeni Azərbaycan Partiyası pulsuz efir vaxtından imtina etdi

img

18-10-2010 [12:39]


?Mərkəzi Seçki Komissiyasının hər bir deputatlığa namizəd üçün 4 dəqiqə pulsuz efir vaxtının ayrılması ilə bağlı qərarı çox böyük yenilikdir. İndiyə qədər dünya tərübəsində belə bir hadisə olmayıb?. MİA-nın xəbərinə görə, bu fikirləri YAP-ın rəsmi saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, bu seçki marafonunda yalnız YAP pulsuz efir vaxtı hüququ qazanmışdı. Çünki YAP-ın seçki qanunvericiliyinə əsasən 60-dan çox dairədə namizədləri qeydə alınıb. ?YAP yeganə olaraq bu seçkidə partiya kimi iştirak etmək hüququ qazandı. Amma digər partiyalar və seçki blokları bu hüquq əldə edə bilmədilər. Buna baxmayaraq, partiyamız son bələdiyyə seçkilərində olduğu kimi öz efir vaxtından imtina etdi. Çünki biz bərabər əsaslarla mübarizə aparırıq və göstəririk ki, heç kimdən çəkinmirik və bizim namizədlər digər partiyaların namizədlərindən üstündür? deyə o, qeyd qeyd edib. S.Novruzovun sözlərinə görə, MSK-nın qərarı ilə bütün namizədlərə bərabər şərait yaradılır. Hər bir namizəd mövqeyindən, siyasi mənsubiyətindən asılı olmayaraq 4 dəqiqə müddətində seçicilərə öz platformalarını çatdırırlar. Bu da namizədlər üçün bərabər imkanların yaradılması üçün əsas amillərdən biridir. ?Belə bir şəraitin yaradılması əhəmiyyətlidir. Seçkilərdə İctimai Televiziyada pulsuz 4 dəqiqə verrilməsi çox böyük göstəricidir. ABŞ-da, Avropada cəmi 30 saniyə efir vaxtı verilir. SNN-də, Bi-Bi-Si-də Avropa Parlamentinə seçkilərdə bu müddət maksimum 1 dəqiqə olur ki, namizədlər yalnız öz platformalarını və ya reklam çarxlarını verə bilərlər. Amma MSK-nın qərarı isə Azərbaycan tərəfindən irəliyə sürülmüş yenilikdir. İTV-də və dövlət qəzetlərində bütün dairələr üzrə namizədlərə ödənişsiz təşviqat imkanlarının yaradılması namizədlər üçün geniş imkanlar açır? deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA