Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir: Yağızlı havalar bazlayır

img

18-10-2010 [11:32]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün paytaxtda və yarımadada havanın tutulub açılacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 20-22?, axşam 16-18? olacaq. Oktyabrın 19-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16?, gündüz 20-23? təşkil edəcək. Oktyabrın 20-də səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15?, gündüz 19-21? təşkil edəcək. Oktyabrın 21-də havanın buludlu olacağı, gündüz arabir açılacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Cənub-şərq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-16?, gündüz 20-23? olacaq. Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17?, gündüz 22-27?, dağlarda gecə 5-10?, gündüz 13-18? olacaq. Oktyabrın 20-21-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19?, gündüz 25-30?, dağlarda gecə 5-10?, gündüz 15-20? isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA