Kadr dəyişiklikləri davam edəcək - Vüsal Hüseynovdan islahat anonsu

img

17-05-2018 [11:08]


"Vətəndaşların bizə olan şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, kadr islahatları qurumun daxili idarəçiliyinin bir hissəsidir.

"Kadr islahatları mütəmadi aparılan prosesdir. O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA