“Prezident bunu eşidəndə bərk qəzəblənmişdi” - Şeyxdən açıqlama

img

15-05-2018 [13:08]


"Azərbaycan prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”.

Mia.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A. Paşazadə qeyd edib ki, prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb: "Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA