Ramazanda Qədr gecələri nə vaxt olacaq? - Tarixlər açıqlandı

img

15-05-2018 [12:23]


Ramazan bayramında 4 Əhya gecəsi (Qədr gecəsi) olacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirilib.

İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edəcək. Bu da iyunun 3-nə düşür.

İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq.

Üçüncü Qədr gecəsi iyunun 7-nə (Ramazan ayının 22-dən 23-nə keçən gecə) düşəcək.

Dördüncü və sonuncu Qədr gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 23-nə keçən gecə) olacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA