“Dərman mafiyası”na işdən çıxarılan generalın yerinə təyinat - Gömrükdə mühüm dəyişiklik

img

15-05-2018 [11:16]


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yeni rəis təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük xidməti polkovnik-leytenantı Bəhruz Quliyevi rəis təyin edib.

Xəbər Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün əvvəl "dərman mafiyası”na görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev işdən çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA