Benzin və dizel yanacağı yenə bahalaşdı - Türkiyədə

img

15-05-2018 [11:00]


 Bu gündən etibarən Türkiyədə benzin, dizel yanacağı və mayeləşdirilmiş neft qazının (LPG-Liquefied Petroleum Gas) qiyməti artıb.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, benzin 18, dizel yanacağı 15, LPG isə 12 kuruş bahalaşıb.

Qiymət artımından sonra İstanbulda benzinin qiyməti 6,20 lirə (2,41 manat), dizel yanacağının qiyməti isə 5,60 lirəni (2,17 manat) keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA