Baz Prokurorluq və Daxili izlər Nazirliyi hakimin həyat yoldazının qətli ilə bağlı məlumat yayıb

img

16-10-2010 [04:33]


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda baş verən qətllə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib. Bakı şəhər prokurorluğu, şəhər Baş Polis İdarəsi əməkdaşlarının və məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Faktla bağlı Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilən məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa verilib. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb. Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunda davam etdirilir. Xatırladaq ki, qətlə yetirilən Natəvan Mahmudova Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA