İlham Əliyevin bacısı oğluna vəzifə verildi

img

14-05-2018 [17:54]


Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib.

MOK-un mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib.

Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA