Zakir Həsənov əsgərlərlə nahar etdi - Nazir hərbi obyektlərin açılışında + Fotolar

img

14-05-2018 [17:25]


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.

.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA