14-05-2018 [12:46]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində insident baş verib.
Mia.az-a daxil olan məlumata görə, şöbənin müdiri İntiqam Əliyevlə fondun əməkdaşı Mübariz Şükürov arasında gərginlik yaşanıb. Bu barədə saytımıza açıqlama verən M.Şükürov bildirib ki, müdirlə aralarında baş verən gərginliyə səbəb saxtakarlığa qarşı çıxması olub:
"Mən, Şükürov Mübariz Kamal oğlu, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində sosial müavinətlər üzrə məsləhətçi vəzifəsində çalışıram. İdarələr birləşəndən sonra şöbənin rəhbəri İntiqam Əliyev mənə qarşı qərəzli hərəkətlər etməyə başladı. Arada heç bir əsas olmadan məni işdən uzaqlaşdırdı, amma mən səbrli davrandım. Səbəb də odur ki, mən bu sahəni çox yaxşı bilirəm, camaata kömək edirəm, ona görə də hamının mənə müsbət münasibəti var. Bu münasibət də onda qıcıq yaradır. Bu saat rayonda sorğu eləsəniz, bir nəfər məndən narazı olmaz, amma İntiqam Əliyevdən bir nəfər razı adam tapmazsız. Sonuncu dəfə aramızda yaranan gərginlik isə saxta bir işlə bağlıdır. İntiqam Əliyevin bir saxta işinin üstünü açdım. Həmin vaxt burda yoxlama da var idi, onlar da etiraf elədilər ki, müdir saxtakarlığa yol verir. Bununla bağlı nazirliyə müraciət etmişəm”.
M.Şükürov onu da bildirib ki, qurumda baş verənlərlə bağlı yeni nazir Sahil Babayevə 3 dəfə teleqram vurub.
"Amma təəssüf ki, nazirlikdən şikayətin araşdırılması üçün ərizə İntiqam Əliyevin üzərinə yönəldilib. Mən bu adamın saxtakarılğından şikayət edirəm, o necə ədalətli qərar verə bilər? Mayın 12-də saat 11.55-də idarədə oldum, İnqtiqam Əliyev mənin üstümə hücum çəkərək dedi ki, səni həbsə göndərəcəm. Mən isə ona saxtakarlıq etdiyini demişəm və bunu sübut etmətə çalışmışam. O isə mübahizə zamanı mənə külqabı atdı, yaxşı ki, dəymədi. Başa düşmürəm, 40 ilin işçisinə niyə külqabı atılmalıdır, təhdid edilməlidir? Cənab nazirdən də xahişim odur ki, bu məsələnin araşdırılaraq ədalətli qərar verilməsini təmin etsin”, – deyə müsahimiz fikrini tamamlayıb.
Məsələylə bağlı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyevlə əlaqə saxladıq. O, işçisinin dediklərinin əsassız olduğunu deyərək, M.Şükürovun özüylə danışmağı məsləhət gördü.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi