"Seçki günü uçun yaddaz? kitabçası nəzr olunub

img

16-10-2010 [12:40]


Mərkəzi Seçki Komissiyası 7 noyabr parlament seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün ?Seçki günü üçün yaddaş? kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib. Bu barədə MSK-nın mətbuat xidmətindən məlumat verilib. Yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciət yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır. ?Seçki günü üçün yaddaş?da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Qeyd edək ki, ?Seçki günü üçün yaddaş? Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA