Ali Məhkəmənin hakiminin həyat yoldazını öldürən zəxs tutuldu

img

16-10-2010 [09:25]


Bakıda Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirən şəxs tutulub. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Bababəy qızı Əhmədovadır. Buzovna qəsəbəsində yerləşən hərbi şəhərcikdə yaşayan X.Əhmədova artıq polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanına təhvil verilib. O, ilkin dindirmə zamanı birdirib ki, qətli sələm pul üstündə törədib. Onun sözlərinə görə, mərhum sələm pul verməklə məşğul olurmuş. N.Mahmudova ona da müəyyən miqdarda pul veribmiş. Xalidə dindirmə zamanı N.Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. Sadəcə pul məsələsi üçün N.Mahmudovanın evinə gəlib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı balışı mərhumun ağzına sıxaraq boğub. Xatırladaq ki, oktyabrın 15-i günorta saatlarında 39 yaşlı Natəvan Həmid qızı Mahmudovanın Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında meyiti tapılıb. Ekspertizanın gəldiyi ilkin rəyə əsasən qadın nəfəs yollarının tutulması ilə qətlə yetirilib. Milli.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA