Bu icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb - SİYAHI

img

12-05-2018 [22:40]


Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb.

Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.

Lənkəran şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 99366,2 manat maliyyə yayınması halı aşkarlanıb və yoxlamadan sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA