Nazirlikdə və komitədə maliyyə pozuntuları aşkarlandı - Yoxlama zamanı 150 minlik maxinasiya üzə çıxdı

img

12-05-2018 [14:14]


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb.

Bu, Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda əks olunub.

Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10 433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13 475, tədbirlərin keçirilməsi üzrə 48 379,7, digər xərclər üzrə 35 696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108 358,1 manat maliyyə yayınması faktı aşkarlanıb. 

Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.

**** 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb.

Bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir. Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dövlət Komitəsində əməkhaqqının ödənilməsi üzrə 9 733, nəqliyyat xərcləri üzrə 3 043,5, tədbirlərin keçirilməsi üzrə 10141, digər xərclər üzrə 19330 və vergi, rüsum və s. ödəmələr üzrə 154 olmaqla, ümumilikdə 42 401,5 manat maliyyə yayınması faktı aşkarlanıb. 

Yoxlamaların nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA