ƏƏSMN-də daha iki təyinat - Xanımlara vəzifə verildi

img

11-05-2018 [15:00]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də vəzifədən çıxardığı iki şöbə müdirinin vəzifələrinin icrasını müavinlərinə həvalə edib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, nazirin əmri ilə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə olunub.

Onu da qeyd edək ki, mayın 8-dək Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib. Adıçəkilənlər mayın 8-dı aparat rəhbəri Əjdər Cəbiyev və mətbuat katibi Elman Babayevlə birgə vəzifələrindən azad olunublar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA