Sahil Babayev özünə iki yeni müşavir təyin etdi - Nazir generalın oğluna vəzifə verdi

img

11-05-2018 [12:54]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.

Yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur/Report.

Mia.az nazirliyin rəsmi saytına istinadən bildirir ki, nazirin digər əmri ilə Anar Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası da həvalə edilib.

Bizə verilən məlumata görə, əslində, Anar Əliyevin təyinatı bu gün deyil, mayın 8-də olub.

Xatırladaq ki,  nazirliyin bundan əvvəlki aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O və 3 şöbə müdiri mayın 8-də vəzifələrindən azad ediliblər.

****

Mia.az xəbər verir ki, S.Babayevin müşavir təyin etdiyi Vüsal Nəsirli DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovun oğludur

Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. 

R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA