Həftəsonu yağızlı hava zəraiti davam edəcək

img

15-10-2010 [02:16]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 14-16?, gündüz 22-26? olacaq. Oktyabrın 17-də havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16?, gündüz 21-23? təşkil edəcək. Oktyabrın 18-də də havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gündüz dəyişkən buluidlu, əsasən yağmursuz. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 13-15?, gündüz 20-22? otəşkil edəcək. Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17?, gündüz 23-28?, dağlarda gecə 4-9?, gündüz 14-19? olacaq. Oktyabrın 17-18-də havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-də axşam və 18-də gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-16?, gündüz 22-25?, dağlarda gecə 5-9?, gündüz 12-17? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA