Xəzərin hüquqi statusuna dair sammitdən əvvəl işçi qrupu səviyyəsində görüş planlaşdırılır

img

10-05-2018 [17:22]


"Xəzərin hüquqi statusu ilə bağlı sammitdən əvvəl işçi qrupu səviyyəsində görüş planlaşdırılır. Görüşün mayın 20-dən sonra Astanada keçirilməsi nəzərdə tutulub".

Bunu xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov deyib.

X.Xələfovun sözlərinə görə, prinsipcə Xəzərin stutusu ilə bağlı məsələlərin müzakirəsi başa çatıb.

"Ola bilsin bəzi texniki məsələlər ortaya çıxsın, razılaşdırılmalı olsun. Yəqin ki, sammitdən bir gün əvvəl nazirlərin konfransı da olacaq. Ümidvarıq ki, bu il payızın əvvəllərində sammit baş tutacaq. Bütün ölkələrlə danışıqlar aparılır. Tarix tam təsdiqlənəndən sonra ictimaiyyətə məlumat veriləcək. Təkliflərlə bağlı razılaşma əldə olunandan sonra qərar açıqlacaq. Sammit çərçivəsində Yekun bəyannamənin və bəzi sahəvi əməkdaşlıq sazişlərin imzalanması gözlənilir", - deyə o qeyd edib.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA